Messi müqaviləni erkən pozacaq

Lionel Messi PSJ ilə müqaviləsini ləğv etməyə hazırlaşır. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Newsport.az xəbər verir ki, belə olarsa, Argentina millisinin kapitanı mövsümün son matçlarında oynamayacaq. Klub Messini Səudiyyə Ərəbistanına razılaşdırılmamış səfər etdiyinə və məşqi buraxdığına görə iki həftə əsas komandadan uzaqlaşdırmaq barədə qərar qəbul edib. Leo ondan sonrakı müddətdə də özü oynamaq istəmir.

Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin iyununda bitir. Futbolçu təqribən bir aylıq müqaviləni pozub Fransadan getmək istəyir.

Mətbuat dünya çempionunun MLS klublarından birinə və ya Səudiyyə Ərəbistanına keçə biləcəyi ilə bağlı xəbərlər yayıb. Messinin karyerasını davam etdirmək üçün başqa bir seçimi “Barselona”ya qayıtmaqdır. Futbolçu 2003-2021-ci illərdə kataloniyalıların şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right