"Mançester Yunayted"in legioneri: "Bavariya" Bundesliqanı qazanacaq"

"Mançester Yunayted"də icarə əsasında çıxış edən, müqavilə ilə "Bavariya"ya məxsus Marsel Sabitzer Bundesliqadakı çempionluq yarışı ilə bağlı fikirlərini bölüşüb

Newsport.az xəbər verir ki, avstriyalı futbolçu Münhen klubunun daha şanslı olduğunu bildirib:

"Bundesliqanın qalibi kim olacaq? Məncə, "Bavariya" qazanacaq. Keçən həftə mən buna bir daha əmin oldum. Komandanın paltardəyişmə otağında böyük təcrübə var, futbolçular hər şeyə nəzarət edir. Buna görə də, "Bavariya"nın titulunu qoruyacağına əminəm".

29 yaşlı futbolçunun "Mançester Yunayted"lə icarə müddəti 2023-cü il iyunun 30-da başa çatacaq. Onun "Bavariya" ilə 2025-ci il iyunun 30-na qədər müqaviləsi qüvvədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right