Mourinyonun qarşılaşdığı ən pis hakim

“Roma”nın baş məşqçisi Joze Mourinyo A Seriyasında “Montsa” ilə oyundan (1:1) sonra hakim Daniele Kiffini tənqid edib.

Newsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Kiffini karyerasında qarşılaşdığı ən pis hakim adlandırıb:

“O, karyeramda qarşılaşdığım ən pis hakimdir. Hakim nəticəyə böyük təsir göstərmədi, amma çox pis idi. O, texniki cəhətdən dəhşətlidir, oyunu hiss etmir, oyunçularla heç bir münasibət qurmur. Referi oyunun 96-cı dəqiqəsində yorğunluqdan ayağı sürüşən oyunçuya qırmızı vərəqə verdi”.

“Roma” A Seriyasında 33 turdan sonra 58 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right