"Təəssüf ki, qələbə qazana bilmədik"-Marko Pyaça

"Təəssüf ki, qələbə qazana bilmədik. Azərbaycan millisinə qarşı oynamaq çətin idi".

Newsport.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbolçusu Marko Pyaça "Avro-2016"nın seçmə mərhələsində yığmamızla 0:0 bərabərə qaldıqları oyundan sonra deyib.

Ölkəsinin mətbuatına danışan futbolçu millimizin bu oyunda yaxşı müdafiə olunduğunu bildirib: "Rəqib yaxşı müdafiə olundu. Qol vurmaq üçün bir neçə şansımız olsa da, bundan yararlana bilmədik. Artıq irəli baxmalıyıq və tezliklə Norveçlə matça köklənməliyik. Səfərdə Norveçə qalib gəlməliyik".

Qeyd edək ki, Xorvatiya millisi sentyabrın 6-da səfərdə Norveçin qonağı olacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right