"Beşiktaş"dan Azərbaycan paylaşımı: "Gəlirik, can qardaş!" Foto

"Sabah"ın Türkiyənin "Beşiktaş" klubu ilə yoldaşlıq oyunu keçirəcəyi barədə məlumat vermişdik.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi bu matçla bağlı tvitter hesabında paylaşım edib. "Qara qartallar" "Sabah"ın türkcə paylaşımına Azərbaycan dilində cavab verib:

"Salam can qardaş,

Dəvətiniz üçün çox təşəkkür edirik. Azərbaycandakı qardaşlarımızla zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə keçiriləcək matç üçün Bakıya gəlməkdən böyük sevinc hissi duyarıq.

Hörmətlə,

Beşiktaş JK"

Qeyd edək ki, "Sabah" - "Beşiktaş" görüşündən əldə olunacaq gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara göndəriləcək. Qarşılaşma 13 may tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right