Sərxan Hacıyev UEFA nümayəndələri siyahısından çıxarıldı

UEFA nümayəndələrimizin siyahısında dəyişiklik olub. Beynəlxalq yarışlarda ölkəmizi bundan sonra 5 yox, 6 nəfər təmsil edəcək.

Newsport.az xəbər verir ki, indiyədək AFFA-dan Sərxan Hacıyev, Orxan Hüseynzadə, Könül Mehtiyeva və Zaur Hacı-Məhərrəmov UEFA nümayəndəsi kimi beynəlxalq oyunlara təyinat alırdı. Yeni siyahlda isə Sərxan Hacıyevin adı yoxdur. Əvəzində Zümrüd Məmmədova və Emin Cəfərovun adı siyahıya salınıb.

Hacıyevin kənarda qalmasının səbəbi bizə bəlli deyil. AFFA-nın baş katibinin tutduğu vəzifəyə görə namizədliyini geri götürdüyü, yoxsa UEFA tərəfindən siyahıdan çıxarıldığı bilinmir. Lakin onu 2 nəfərin əvəz etməsi ilk variantın daha inandırıcı olduğunu göstərir. İstənilən halda, məsələyə Hacıyevin münasibətini öyrənmək maraqlı olar.

Yeni adlar bizə heç nə demir. Cəfərov ara-sıra daxili yarışlara təyinat alsa da, Məmmədova bir çox beynəlxalq yarışlar təşkil olunan zaman fəaliyyəti ilə yadda qalıb. Ümumiyyətlə, UEFA nümayəndələrimizin Premyer Liqa matçlarına təyinat almaması başadüşülən deyil. İndiyə qədər siyahıdakıların heç biri təcrübəsini daxili yarışlarda bölüşməyib. Heç namizədlər da daxili yarışlara təyinat alan AFFA nümayəndələri arasından seçilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right