Çilavert Paraqvay prezidenti ola bilmədi

Paraqvay milli komandasının sabiq qapıçısı Xose Luis Çilavert ölkə prezidentliyinə seçkilərdə iştirak edib.

Newsport.az "TyC Sports"a istinadən xəbər verir ki, o, seçkilərdə 0,7 faiz səs toplayıb. 21 623 nəfər Çilavertə səs verib.

Hakim partiyanın namizədi Santyaqo Penya 42,73 faiz səslə seçkilərdə qalib gəlib.

Qeyd edək ki, Çilavert Argentinanın "San Lorenso" və "Veles Sarsfild", Uruqvayın "Penarol", İspaniyanın "Saragosa" və Fransanın "Strasburq" komandalarında çıxış edib. O, qapıçı olmasına baxmayaraq, qol vurmaq bacarığı ilə də tanınıb. Keçmiş qapıçı karyerası ərzində 67 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right