Nazarov qol vurdu, komandası 1 xal qazandı

Almaniya 3-cü Bundesliqasında 34-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" doğma meydanda "Viktoriya Köln"ü qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Dmitri Nazarov da bu oyunun iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi 67-ci dəqiqədə meydana daxil olub. O, 82-ci dəqiqədə komandasının yeganə qolunu penaltidən vurub.

Xallarını 43-ə yüksəldən "Ersgebirge" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right