"Liverpul"un futbolçusu Premyer Liqada klubunu dəyişəcək

Mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan Ceyms Milner komandanı tərk edəcək.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi karyerasını Premyer Liqanın başqa klubunda davam etdirə bilər. Belə ki, təcrübəli futbolçunun xisdəmtində "Brayton" maraqlıdır. İngiltərə millisinin sabiq üzvü yayda yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, "Liverpul" Ceyms Milneri 2015-ci ilin yayında "Mançester Sİti"dən transfer edib. O, Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 326 rəsmi matçda 26 qol və 46 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right