"Fənərbaxça"da şok itki

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisinin hücumçusu Enner Valensiya sıradan çıxıb. Ekvadorlu forvard Super Liqanın 32-ci turunun "Sivasspor"la matçında (3:1) rəqib qapıçı ilə toqquşub. Təcrübəli futbolçu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Onun durumu tibbi müayinədən sonra bəlli olacaq.

Qeyd edək ki, Enner Valensiya 2020-ci ilin yayından "Fənərbaxça"da çıxış edir. 33 yaşlı hücumçu cari mövsümdə "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 42 rəsmi matçda 31 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right