"Mahiri meydana buraxmaqla oyunu dəyişməyi hədəflədik"

Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" Türkiyə Super Liqasının 32-ci turunda doğma meydanda "Trabzonspor"u 2:1 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə. azərbaycanlı forvard bu qarşılaşmada 46-cı dəqiqədə meydana daxil olub. Konyalıların baş məşqçisi Aleksandar Stanoyeviç 27 yaşlı forvardı ehtiyatda saxlamasının səbəbini açıqlayıb. Serbiyalı mütəxəssis Mahiri zədədən qorumaq üçün ikinci hissədə meydana buraxdığını deyib:

"Zədələrinə görə Mahiri ikinci hissədə oyuna buraxdım. Həmlə edə bilmək üçün onu qorumaq istədim. Mahiri meydana buraxmaqla oyunu dəyişməyi hədəflədik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right