"Liverpul" afrikalını heyətinə qatacaq

PSV-nin yarımmüdafiəçisi İbrahima Sanqare “Liverpul”a keçə bilər.

Newsport.az-ın məlumatına görə, Mersisayd təmsilçisi Eyndhoven klubunun aparıcı üzvü üçün hərəkətə keçib.

Afrikalı futbolçunun özü də “Liverpul”a keçmək niyyətindədir.

25 yaşlı futbolçu həmçinin "Arsenal" və "Mançester Yunayted"in transfer siyahısındadır.

“Tuluza”da da oynamış Fil Dişi Sahili millisinin üzvü 2020-ci ildən PSV forması geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right