Yeni mövsüm Premyer Liqada oynayacaq ikinci komanda da müəyyənləşdi

Yeni mövsüm İngiltərə Premyer Liqasında oynamaq hüququ qazanan ikinci komanda da müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu, "Şeffild Yunayted"dir. Komanda Çempionşipin 38-ci turunun təxirə salınmış matçında "Vest Bromviç"ə 2:0 hesabı ilə qalib gəlib. Bununla da komanda yarışın bitməsinə 2 tur qalmış 2-ci pilləni rəsmiləşdirib. "Şeffild Yunayted" "Bernli"dən sonra elitaya vəsiqə qazanan 2-ci komanda olub.

Qeyd edək ki, Premyer Liqaya yüksələcək sonuncu komanda pley-off üsulu ilə müəyyənləşəcək. Çempionatda bu mövsümü 3, 4, 5 və 6-cı yerdə başa vuran klublar arasında mübarizədən qalib ayrılan komanda Premyer Liqaya yüksələcək. İndiyə kimi “Luton” və “Midlsbro” pley-offa vəsiqə qazanıb. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right