“Real”a dörd qol vurmağı heç vaxt ağlıma gətirmirdim”

“Xəyallar axşamı idi. Dünyanın ən yaxşı komandasından, ən yaxşı futbolçularından bir neçəsinə qarşı oynadıq və parlaq qələbə qazandıq”.

Newsport.az xəbər verir ki, bu sözləri “Jirona”nın futbolçusu Valentin Kastelyanos İspaniya La Liqasının 31-ci turunda “Real”a qalib gəldikləri (4:2) oyundan sonra yerli mətbuata açaıqlamasında deyib.

Madrid klubu ilə görüşdə poker edən argentinalı hücumçu bunu bacaracağını heç vaxt düşünmədiyini deyib: "Real”a qol vurmaq xəyal idi, amma onlara dörd qol vurmaq heç vaxt ağlıma gəlmirdi. Qələbə qazandığımız üçün çox şadam. Azarkeşlər, tərəfdaşlar üçün xoşbəxtəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right