Duşan Vlahoviç bu gün meydana çıxmayacaq. “Yuventus”un serb hücumçusu İtaliya kuboku uğrunda vacib qarşılaşmanı kənardan izləyəcək.
Newsport.az xəbər verir ki, turinlilər “İnter”lə cavab matçında üz-üzə gələcək. İlk oyun 1:1 hesabı ilə başa çatdığından cütün taleyi Milanda aydınlaşacaq. Bu önəmli qarşılaşmanı isə “Yuventus”un əsas forvardı buraxacaq.
Duşanın ayağı burxulub. Bu səbəbdən məşq edə bilməyən Vlahoviç bir müddət müalicə olunmalıdır. Baş məşqçi Massimiliano Alleqri serb hücumçunun sağlamlığı ilə risk etməyəcəklərini bildirib.
“İnter” – “Yuventus” oyunu bu gün 23:00-da start götürəcək və “CBC Sport”la canlı yayımlanacaq.