Klopp: "O qovulsa, Premyer Liqanın ən yaxşısı mən olacağam"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Vest Hem"in David Moyesi istefaya göndərməsini istəmir.

Newsport.az xəbər verir ki, bu haqda o, öz açıqlamasında bildirib. Klopp deyib: 

"Vest Hem" David Moyesi istefaya göndərsə, mən Premyer Liqanın ən yaşlı baş məşqçisi olacağam. David qalmalıdır! O, yüksək səviyyəli mütəxəssisdir. Onların yaxşı komandası var və onlar yenə öz keyfiyyətini göstərdilər. Bizim üçün çətin oyun olacaq.

Moyes həmişə bir yol tapacaq! O, çox yaxşı insandır".

Qeyd edək ki, Premyer Liqanın 33-cü turunda "Liverpul" "Vest Hem" ilə qarşılaşacaq. Görüş sabah keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right