Fransa millisinin üzvü ilə yeni müqavilə imzalanacaq

"Bavariya" Lukas Hernandeslə yeni müqavilə imzalamağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisi fransalı müdafiəçi ilə sözləşmə barədə razılıq əldə edib. 27 yaşlı futbolçunun müqaviləsi 2027-ci ilin yayına kimi uzadılacaq. Rəsmi açıqlama yaxın günlərdə ediləcək.

Qeyd edək ki, "Bavariya" Lukas Hernandesi 2019-cu ilin yayında "Atletiko"dan transfer edib. Fransa millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 11 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right