“Barselona” onu 25 milyon avroya satmağa hazırdır

“Barselona” hücumçularından birini satmağa hazırdır.

Newsport.az-ın məlumatına görə, söhbət Ferran Torresdən gedir. Kataloniya klubu ispaniyalı forvardı 25 milyon avroya satmağa hazırdır.

23 yaşlı Torres 2021-ci ilin dekabrında “Mançester Siti”dən “Barsa”ya keçib. Onun transferi ümumilikdə 55 milyon avro təşkil edib.

Torres bu mövsüm bütün turnirlərdə 39 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right