“Tottenhem” darmadağına görə onu qovdu

İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində “Nyukasl”a səfərdə 1:6 hesabıyla məğlub olan “Tottenhem”də müvəqqəti baş məşqçi Kristian Stellini postundan kənarlaşdırılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Onu mövsümün sonuna kimi Rayan Meysonun əvəz edəcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, Stellini Antonio Kontenin istefaya göndərilməsindən sonra “Tottenhem”in müvəqqəti baş məşqçisi təyin edilmişdi.

“Tottenhem” 32 oyuna topladığı 53 xalla 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right