“Fənərbaxça” evdə xal itirdi

Türkiyə Super Liqasında 31-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, bu gün daha 3 görüş baş tutub.

“Girəsunspor” – “Başakşəhər” və “Antalyaspor” – “Sivasspor” görüşləri qonaqların qələbəsiylə yekunlaşıb.

“Fənərbaxça” isə evdə “İstanbulspor”la üz-üzə gəlib. Altı qolluq oyunda qalib müəyyənləşməyib.

Hazırda 70 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 64 xalla ikinci, “Beşiktaş” 62 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor”un 57, “Başakşəhər”in 48, “Trabzonspor” və “Kayserispor”un 45 xalı var.

Türkiyə Super Liqası
31-ci tur
22 aprel

Ümraniyəspor – Beşiktaş 0:2
Qol:
Redmond, 25. Abubakar, 71.

23 aprel

Kasımpaşa – Konyaspor 1:2
Qol:
Fall, 13 – Kalvo, 30. M.Diuf, 45+6.

Adana Dəmirspor – Kayserispor 5:3
Qol:
Ndiaye, 7; 27. Belhanda, 32. Y.Sarı, 45+6. Onyekuru, 52-pen – Tiam, 24; 30; 45+4.

Qalatasaray – Fatih Karagümrük 3:3
Qol:
K.Aktürkoğlu, 3. S.Oliveyra, 45+1-pen. Boy, 80 – Diaqne, 18. Borini, 26; 30.

24 aprel

Girəsunspor – Başakşəhər 2:4
Qol:
Sayns, 63; 90 – Yanuzay, 16; 35. Fiqeyredo, 25; 45+2.

Antalyaspor – Sivasspor 1:2
Qol:
Larsson, 49 – Yatabare, 4. Qradel, 22.

Fənərbaxça – İstanbulspor 3:3
Qol:
A.Güler, 25; 51. J.Pedro, 71 – Ethemi, 57-pen; 66. Eze, 90+6.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right