“Barselona”nın baş məşqçisi Xavi qapıçı Mark-Andre ter Ştegen haqda fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, o, almaniyalı futbolçunu dünyanın ən yaxşı üç qapıçısından biri hesab etdiyini deyib:
“Ter Ştegen dünyanın ən yaxşı üç qapıçısından biridir. Komandaya verdiyi töhfəyə görə, hətta onu dünyanın ən yaxşı qolkiperi hesab edirəm”.
“Barselona” İspaniya La Liqasının 30-cu turunun “Atletiko” ilə matçında (1:0) qapısından qol buraxmayıb və Avropanın ən yaxşı yeddi çempionatının 30 turundan sonra 10-dan az top buraxan komanda kimi tarixə düşüb. Ter Ştegen İspaniya çempionatının 23 oyununda qapısında qol görməyib.
Kataloniya təmsilçisi İspaniya La Liqasının turnir cədvəlində 76 xalla birinci pillədə qərarlaşıb.