"Arsenal"ın futbolçusu "Mançester Siti"yə qarşı oynamayacaq

"Arsenal" İngiltərə Premyer Liqasının 33-cü turunun "Mançester Siti" ilə oyununa ciddi itki ilə çıxacaq.

Newsport.az-ın məlumatına görə, London təmsilçisinin müdafiəçisi Vilyam Saliba vacib matçda komandasına kömək edə bilməyəcək. Zədəsi olan 22 yaşlı futbolçunun bir həftə sonra "Çelsi"yə qarşı da oynamaq ehtimalı azdır.

Qeyd edək ki, "Arsenal" aprelin 26-da "Mançester Siti"nin qonağı olacaq, mayın 2-də isə doğma meydanda "Çelsi"ni qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right