"Qalatasaray" derbidə dəstəksiz qalacaq

Türkiyə Super Liqasının 31-ci turu çərçivəsində "Beşiktaş" öz meydanında "Qalatasaray"ı qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, qonaq komanda İstanbul derbisində dəstəksiz qalacaq. İstanbul Təhlükəsizlik Şurasının qərarına əsasən, "sarı-qırmızılar"ın azarkeşləri stadiona buraxılmayacaq. Onlar üçün nəzərdə tutlan biletlər də ev sahiblərinin fanatlarına satılacaq.

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" qarşılaşması 30 aprel tarixində Bakı vaxtilə saat 21:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right