"Milan"ın hücumçusu yenidən zədələndi

"Milan"ın forvardı Zlatan İbrahimoviç İtaliya A Seriyasının 31-ci turunun "Leççe" ilə görüşündə (2:0) yenidən zədələnib.

Newsport.az-ın məlumatına görə, isveçli hücumçu oyunöncəsi isinmə hərəkətləri zamanı baldır əzələsini dartıb.

Buna görə də, forvard meydana çıxmayıb. İki gün öncə 41 yaşlı futbolçunun zədəsini bərpa etdiyi və meydana çıxmağa hazır olduğu bildirilirdi. Onun nə zaman məşqlərə başlayacağı dəqiq deyil.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right