Latviya çempionatında 8-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçular Nazim Həsənzadə və Ramin Nəsirlinin çıxış etdiyi “Dauqavpils” səfərdə “Liepaya” ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Ramin Nəsirli meydana start heyətində çıxıb, fasilədə əvəzlənib.
Nazim Həsənzadə isə oyunun iştirakçısı olmayıb. Beş xala malik “Dauqavpils" 9-cu pillədə qərarlaşıb.