Kadi Borges "Spartak"la oyunda huşunu itirdi

Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın sabiq futbolçusu Kadi Borgesin formasını geyindiyi "Krasnodar" səfərdə "Spartak"ın qonağı olub. Qarşılaşma Moskva təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Kadi bu görüşə start heyətdə başlayıb. Braziliyalı yarımmüdafiəçi matçın 51-ci dəqiqəsində hava mübarizəsi zamanı rəqib futbolçu ilə toqqoşub. Toqquşmadan sonra 27 yaşlı oyunçu huşunu itirib. Onu meydandan təcili tibbi yardım maçını ilə çıxarıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right