Mahir oynadı, "Konyaspor" qələbə qazandı

Futbol üzrə Türkiyə Super Liqasında 30-cu turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" səfərdə "Kasımpaşa" ilə qarşılaşıb. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı hücumçu 39-cu dəqiqədə Robert Muriçin əvəzinə meydana daxil olub.

Xallarını 42-yə yüksəldən "Konyaspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right