Messi 15 çemodanla Barselonaya uçdu Ailəsi ilə birlikdə

PSJ-nin hücumçusu Lionel Messi aprelin 22-də Barselonaya çoxlu baqajla gəlib.

Newsport.az-ın məlumatına görə, argentinalı futbolçu medianın diqqətini cəlb etməmək üçün yerli hava limanını gizli qapıdan tərk edib. Messinin ailəsi Barselonaya çoxlu baqajla uçub. Onların yanlarında 15 çemodan olduğu bildirilir.

35 yaşlı hücumçu 2005-2021-ci illərdə Kataloniya klubunda çıxış edib. O, “Barselona”nın heyətində 778 oyuna çıxıb, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.

Messinin PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. O, bu mövsüm Paris klubunda 35 oyun keçirib, 20 qol vurub və 18 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right