Ardıcıl 6-cı dəfə ölkə çempionu oldular

Futbol üzrə Serbiya Super Liqasının qalibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, "Srvena Zvezda" mövsümün bitməsinə 6 tur qalmış çempionluğunu rəsmiləşdirib. Belqrad təmsilçisi buna 31-ci turda doğma meydanda "Baçka Topola"nı 4:1 hesabı ilə məğlub etməklə nail olub.

"Ağ-qırmızılar" ən yaxın izləyiciyi olan "Baçka Topola"nı 23 xal qabaqlayır. 

"Srvena Zvezda" ardıcıl 6-cı, ümumilikdə isə 9-cu dəfə Serbiya çempionluğunu qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right