Futbol üzrə İsveçrə çempionatında 29-cu turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Vintertur”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ikinci qolunu 45+1-ci dəqiqədə məhz Dadaşov vurub.
“Qrasshopper” 29 turdan sonra 37 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.