Futbol üzrə Almaniya 3-cü liqasında 33-cü turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Elversberg”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Nazarov bu matçin iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Ersgebirge” hazırda 42 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.