"Azərbaycana mümkün qədər çox qol vurmağa çalışacağıq"

“Azərbaycanla oyun bizim üçün çox vacibdir. Bu görüşün əhəmiyyəti futbolçularımız da dərk edir”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Nika Kovaç "Avro-2016"nın seçmə mərhələsində sabah yığmamızla keçiriləcək oyun üçün təşkil etdiyi mətbuat konfransında deyib.

- Sabahkı oyunu həm də Prosineçki – Kovaç dueli  adlandırmaq olar?

- Yox, belə deməzdim. Biz Prosineçki ilə bir yerdə oynamışıq. Sabah futbolçularımız qarşılaşacaq.

- Bildirmişdiniz ki, Prosineçkinin gəlişindən sonra Azərbaycan millisində böyük dəyişiklik olub. Hansı dəyişikliyi nəzərdə tutursunuz?

- Rəqib müdafiədə daha nizam-intizamlı oynayır. Hücumda da inkişaf hiss olunur. Topu hara gədli vurmurlar. Bilirik ki, artıq rəqibdə özünəinam artıq. Son iki oyunda yaxşı nəticə qazanıblar.

- Sabahkı görüşdə xal itirsəniz, bunu normal hesab edəcəksiniz, yoxsa faciə?

- Mən həmişə optimist olmuşam. Komandam da bilir ki, sabah qələbə qazansaq, artıq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacağıq. Əlbəttə ki, favorit bizik.

- Sabah üç və daha çox qol vurmaq imkanınız olsa, bundan istifadə edəcəksiniz?

- Mümkün qədər çox qol vurmağa çalışacağıq. Azarkeşlər futbola qol görmək üçün gəlir. Sona qədər qol vurmağa çalışacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right