“Mançester Yunayted”in zədəliləri sıraya döndü

"Mançester Yunayted"in zədəli futbolçularından bir neçəsi sıraya dönüb. Newsport.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
 
Söhbət müdafiəçilər Lük Şou və Tayrell Malasiya, yarımmüdafiəçi Marsel Zabitser, eləcə də hücumçu Markus Raşforddan gedir. Onlar son məşqlərdə komanda ilə birgə hazırlıq keçiblər.
 
“Mançester Yunayted” bu gün Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində İspaniyanın “Sevilya” klubunun qonağı olacaq. “Qırmızı şeytanlar”ın yuxarıda adları qeyd olunan futbolçuları da İspaniyaya aparılıb. Amma onların meydana çıxıb-çıxmayacağına baş məşqçi Erik ten Haq qərar verəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right