Avroliqada yarımfinalçılar bəlli olur Yenilənir

Bu gün Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulacaq. Newsport.az xəbər verir ki, bütün cavab oyunları eyni gündə baş tutacaq.

“Roma” səfərdə tək qolla uduzduğu “Feyenoord”u bu dəfə doğma meydanda sınağa çəkəcək.

“Yuventus” doğma meydanda məğlub etdiyi “Sportinq”lə bu gün Lissabonda qarşılaşacaq.

“Mançester Yunayted” isə ilk oyunda heç-heçəyə razılaşdığı “Sevilya”nın qonağı olacaq. “Bayer” də bir həftə öncə “sülh bağladığı” “Yunion”la səfərdə qarşılaşacaq.

Avropa Liqası
1/4 finalın cavab oyunları
20 aprel

23:00. Roma (İtaliya) - Feyenoord (Niderland)
İlk oyun – 0:1.

23:00. Yunion (Belçika) - Bayer (Almaniya)
İlk oyun – 1:1.

23:00. Sportinq (Portuqaliya) - Yuventus (İtaliya)
İlk oyun – 0:1.

23:00. Sevilya (İspaniya) - Mançester Yunayted (İngiltərə)
İlk oyun – 2:2.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right