PSJ-nin baş məşqçisi Kristof Qaltye həbs oluna bilər.
Newsport.az "RMC Sport"a istinadən xəbər verir ki, mütəxəssisin "Nitsa"da işləyərkən irqçi ifadələr işlətdiyi, klubun idman direktoruna komandada “bu qədər qaradərili və müsəlman ola bilməz” söylədiyi iddia olunur.
Ötən cümə günü prokurorluq irqi və ya dinə görə ayrı-seçkilik iddiası ilə bağlı ilkin istintaqa başlayıb. Axtarışlar "Nitsa" ofisində aparılıb.
Müstəntiqlər klub prezidenti Yan-Pyer Riveradan da müsahibə götürüblər. Yaxın vaxtlarda "Nitsa"nın digər rəhbərləri də ifadə verəcək.
İddialar sübuta yetirilərsə, PSJ-nin baş məşqçisi 3 ilə qədər həbs oluna və 45 min avro cərimələnə bilər.