"Arsenal"ın futbolçularını tənqid atəşinə tutdular

"Arsenal"ın futbolçuları sosial şəbəkədə azarkeşlər tərəfindən tənqid atəşinə tutulublar.

Newsport.az xəbər verir ki, buna səbəb onların Premyer Liqanın 31-ci turunda "Vest Hem"lə görüşdən (2:2) əvvəl komandanı stadionda qarşılayan gənc azarkeşə xoş davranmamaları olub. 

Balaca qız futbolçulardan avtoqraf istəyib vəonlara heyranlıqla baxıb. Lakin oyunçular qıza fikir verməyiblər və sadəcə formanı imzalayaraq gediblər. Bu anların görüntüləri azarkeşləri qəzəbləndirib. Onlar sosial şəbəkələrdə yazıblar: "Bu, iyrəncdir", "Kiçik qız öz qəhrəmanlarına heyranlıqla baxdı, amma heç kim ona əhəmiyyət vermədi", "Futbolçular sanki gülümsəyə və qulaqcıqlarını çıxara bilmirlər".

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right