Sol ayağı ilə vurduğu qollarla rekorda imza atdı

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında sol ayağı ilə ən çox qol vuran futbolçudur.

Newsport.az xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb. Misirli oyunçu dünən "Lids"lə qarşılaşmada (6:1) dubla imza atıb. İndi onun sol ayağı ilə Premyer Liqada 107 qolu var ki, bu da turnirin tarixindəki rekorddur.

Salah "Liverpul"un və "Mançester Siti"nin keçmiş hücumçusu  Robbi Fauleri (105 qol) geridə qoyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right