“Bu, müxtəlif meyarlar və aspektlər üzrə ən yaxşı oyunumuzdur”. Newsport.az xəbər verir ki, bunu “Liverpul”un baş məşqçisi Yurgen Klopp deyib.
İngiltərə Premyer Liqasının 31-ci turunda “Lids”lə oyunu şərh edən almaniyalı mütəxəssis bildirib ki, komandası rəqibi çoxlu səhvlərə yol verməyə məcbur edib: “İlk “dördlük” uğrunda mübarizə aparırıq? Düşünürəm ki, bu mövsümü üçüncü pillədə başa vurduğumuz mövsümdən fərq ondan ibarətdir ki, indi rəqiblər bir az daha çox irəliləyiblər. Nəticəmizi hara aparacağımızı bilmirəm, amma son matçların təsiri növbəti mövsümə sıçrayacaq, ona görə də onlar çox vacib olacaq”.
Qeyd edək ki, “Liverpul” “Lisd” üzərində 6:1 hesablı qələbə qazanıb.