“Milan”ın qapıçısı libero kimi oynayır” Luçano Spalletti

“Napoli”nin baş məşqçisi Luçano Spalletti Çempionlar Liqasının 1/4 final mərhələsinin “Milan”la cavab oyunu öncəsi gözləntilərini bölüşüb. Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis  komandasına inandığını bildiri:
 
“Biz detallar və ilk oyunda baş verənlər üzərində işləyirik. Hər zaman yaxşılaşdırıla bilən şeylər var. “Milan”ın texniki komandası, motoru var. Onların qapıçısı libero kimi oynayır. Bunlara diqqət etsək, biz onlardan daha yaxşı vəziyyətdə olacağıq. Biz təcrübəliyik. Qarşıda yetkinlik və xarakter nümayiş etdirdiyimiz çoxlu Çempionlar Liqası matçları var. Bu keyfiyyətləri yenidən üzə çıxara bilməməyimiz üçün heç bir səbəb görmürəm. Nəticəni dəyişmək həmişə mümkündür. İnanıram ki, komanda bunu bacaracaq”. 
 
Qeyd edək ki, “Napoli” – “Milan” oyunu bu gün keçiriləcək. İlk görüşdə milanlılar minimal hesablı qələbə seviniblər – 1:0.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right