PSJ-nin futboçusu Neymar aprelin sonuna kimi Paris klubunun bazasına qayıdacaq.
Newsport.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb. Hazırda Braziliyada olan Neymar Parisə qayıdaraq ciddi zədədən sağalmağa davam edəcək. Hücumçu növbəti mövsümə hazırlaşacaq.
PSJ daha əvvəl Neymarın diz bağındakı zədə səbəbindən bu mövsüm oynamayacağını təsdiqləyib. Onun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.