"Karyerasını "Real"da başa vuracağını gözləyirəm"

"Real"ın baş məşqçisi Karlo Ançelotti Toni Kroosla müqavilə müddətinin uzadılmasını gözləyir.

Newsport.az  "Marca"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis təcrübəli futbolçunun "kral klubu"nda qalacağına inandığını bildirib:

"Kroos klubun əfsanəsidir. O, ən yüksək səviyyəli oyunçudur. Yeni müqavilə? Mən Toninin karyerasını mütləq "Real"da başa vuracağını gözləyirəm".

33 yaşlı futbolçunun “Real”la müqaviləsi 2023-cü il iyunun 30-na qədərdir. O, 2014-cü il iyulun 17-dən Madrid klubunun üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right