"Bavariya" - "Mançester Siti" görüşünün hakimləri bəlli oldu

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.

Newsport.az xəbər verir ki, "Bavariya" - "Mançester Siti" görüşü Klement Turpinə tapşırılıb.

Ona Nikolya Dano, Benjamen Pajes, Jeremi Pinyar köməklik edəcək.

VAR-da isə Villi Delajo və Jerom Brisar yer alacaq.

Qarşılaşma aprelin 19-da Bakı vaxtı ilə 23:00-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right