Braziliya millisi üçün növbəti namizəd

"Roma"nın baş məşqçisi Joze Mourinyo Braziliya millisinin baş məşqçisi postuna əsas namizədlərdən biridir.

Newsport.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodriqesin prioritet seçimi “Real”ın çalışdırıcısı Karlo Ançelottidir.

Amma italiyalı mütəxəssis "kral klubu"nda qalmaq istəyir.

Mourinyo isə xarakteri və dil biliyinə görə Braziliya Futbol Federasiyası üçün maraqlıdır. Tərəflər arasında mövsümün sonunda görüşün baş tutacağı bildirilir.

Digər namizədlər arasında isə Jorje Jezus (“Fənərbaxça”) və Abel Ferreyranın (“Palmeyras”) adı var. a





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right