Frenk Lempardın “Çelsi”də qalmaq şansı yoxdur. Müvəqqəti olaraq mövsümün sonunadək baş məşqçi postu tapşırılan klub əfsanəsi mövsüm bitən kimi yola salınacaq.
Newsport.az xəbər verir ki, Lempard özünü doğruldacağı halda “zadəganlar”la yeni müqavilə bağlaya bilərdi. Lakin ardıcıl 3 uğursuz oyundan sonra rəhbərlik seçim etməyə məcbur qalıb. Baş məşqçi axtarışları yenidən sürətlənib, namizədlərin siyahısı çoxalıb.
Londonlulara rəhbərlik etməyə əsas namizəd olan Yulian Naqelsmannla görüş vaxtı da təyin edilib. Alman mütəxəssis cümə axşamı İngiltərə paytaxtında klub rəsmiləri ilə bir araya gələcək, planlar müzakirə olunacaq.