Luka Modriç: “Azərbaycan millisi əvvəlkindən daha yaxşı oyun sərgiləyir”

"Şübhəsiz ki, Azərbaycan və Norveçə qarşı keçirəcəyimiz oyunlar çətin olacaq. Bu rəqiblərlə görüşlərimiz ev oyunlarında fərqli, daha çətin keçəcək. Amma biz tsikl ərzində göstərdiyimiz oyunu bu görüşlərdə də təkrarlaya bilsək, qələbə qazana bilərik. Öncə Azərbaycana, sonra Norveçə qalib gəlməliyik. Altı xal qazanmağımıza çox sevinərəm. Amma dörd xal qazanmağımız da pis nəticə sayılmayacaq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç söyləyib.

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayan "Real”ın yarımmüdafiəçisi millimizlə matç barədə də danışıb: "Robert Prosineçki bizi yaxşı tanıyır. Lakin bu, Azərbaycan yığmasına əlavə şans qazandırmır. Azərbaycan millisi Prosineçkinin rəhbərliyi altında son iki oyunda yaxşı çıxış edib. Bu komanda artıq əvvəlkindən daha yaxşı oyun sərgiləyir. Amma mən bunun vacib əhəmiyyət daşıdığını düşünmürəm".
 
Qeyd edək ki, Xorvatiya millisi sentyabrın 3-də Azərbaycan, 6-da Norveçlə qarşılaşacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right