Azərbaycanlı futbolçuların komandasından heç-heçə

Latviya çempionatında 6-cı turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Riqa” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Start heyətdə meydana çıxan Ramin 63-cü dəqiqədə əvəzlənib. Nazim isə sonadək ehtiyatda qalıb.

Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right