Futbol üzrə Almaniya 3-cü liqasında 32-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Verl” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.
“Ersgebirge” hazırda 39 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.