"İnter"in müdafiəçisini Mançester klubları istəyir

"İnter"in müdafiəçisi Alessandro Bastoni Premyer Liqada oynaya bilər.

Newsport.az məlumatına görə, 24 yaşlı italiyalı "Mançester Yunayted" və "Mançester Siti"nin maraq dairəsindədir. 

Mançester təmsilçiləri müdafiəçini yayda transfer etməyə çalışacaq.

Onun "İnter"lə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

İtaliya millisinin üzvü "Atalanta", "Parma" klublarında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right