Rafa Barselonada da olmayacaq

İspaniyalı tennisçi Rafael Nadalın uğursuz günləri davam edir. “Böyük dəbilqə” seriyalı turnirlərdə 22 dəfə çempion olan raketka ustası İspaniyanın Barselona şəhərində keçiriləcək ATP500 seriyalı turniri buraxacaq. Bu barədə rəsmi məlumat verilib.

İspan tennisçinin turniri buraxacağı ilə bağlı məlumatlar bir müddət idi ki, mediada yayılırdı. Məlumata görə, Nadal hazırlığını riskə atmaq fikrində deyil. Bu səbəbdən də o, keçənilki qrafikini təkrarlamaq niyyətindədir.

Xatırladaq ki, torpaq kortlarda Rafa keçən il “Rolan Qarros”da qələbəyə qədər Madrid və Roma turnirlərində iştirak etmişdi. Bu il də o, məhz adıçəkilən iki “Masters”də iştirak etmək fikrindədir.

İspan tennisçi “Australian Open”də zədə almışdı. Həmin turnirdə o, amerikalı Makkenzi Makdonaldsla oyunda 2-ci mərhələdə məğlubiyyətə uğradıqdan sonra yoxlanışdan keçmişdi. Tennisçinin MRT-si sol ayağında xəsarət olduğunu aşkarlamışdı. O hadisədən sonra Rafael Nadal kortlara çıxmayıb. İspan tennisçinin Monte-Karloda çıxışı gözlənilsə də, zədəsinin sağalmaması turnirdən imtina etməsinə səbəb olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right