Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Newsport.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutacaq.
Əvvəlcə “Roma” ötən mövsüm Avropa Konfrans Liqasının finalında qarşılaşdığı “Feyenoord”un qonağı olacaq.
“Mançester Yunayted” doğma meydanda “Sevilya” ilə üz-üzə gələcək. “Yuventus” isə “Sportinq”i sınağa çəkəcək. “Bayer” də Belçika “Yunion”u ilə münasibətlərinə aydınlıq gətirəcək.
Avropa Liqası
1/4 final
13 aprel
20:45. Feyenoord (Niderland) – Roma (İtaliya)
23:00. Bayer (Almaniya) – Yunion (Belçika)
23:00. Yuventus (İtaliya) – Sportinq (Portuqaliya)
23:00. Mançester Yunayted (İngiltərə) – Sevilya (İspaniya)